Kateqoriyasız

AZAL-dan iki transfer

AZAL iki futbolçu ilə heyətini gücləndirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi bir hücumçu və bir mərkəz yarımmüdafiəçisini transfer edib.

Son komandası Ukraynanın “Metalluq” (Donetsk) klubu olan Hamid Yasinlə iki illik müqavilə imzalayıb.

Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən hücumçu misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Onun ögey atası azərbaycanlıdır.

Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi olan Quruli bir il müddətində AZAL-da çıxış edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43