Kateqoriyasız

AZAL Gürcüstan klubu ilə sülh bağladı

Türkiyədə təlim-məşq toplanışında olan “təyyarəçilər” son yoxlama oyunlarına çıxıblar.

İdmanxeber.com-un məlumatına görə, daha öncəki oyunlarda İranın U-21 yığması ilə heç-heçə (2:2) edən Türkiyənin “Mersin İdmanyurdu” və “Antalyaspor” klublarına  2:1 hesabı ilə qalib gəlib, “Balıkəsirspor”a məğlub olan(1:2) AZAL klubu bu dəfə Gürcüstanın “Kolxeti 1913” klubu ilə qolsuz bərabərliyə razılaşıb(0:0).

Qeyd edək ki, bu təmsilçimizin Türkiyədəki son yoxlama oyunu olub, komandamız hazırlıqlarını başa vuraraq axşam saatlarında vətənə qayıdacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43