UEFA Superkubokunun qalibi adını qazanan “Liverpul”un qapıçısı Adrian zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, final görüşündən sonra azarkeşlərdən biri qələbəni qeyd edərkən, sürüşərək Adriana dəyib və nəticədə qolkiperin topuğu şişib.Bu barədə klubun baş məşqçisi Yurgen Klopp deyib.
Onun Premyer Liqanın II turunda “Sauthempton”la qarşılaşmada iştirakı sual altındadır.