Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək 4 qarşılaşmadan 2-sinin başlama saatı açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – AZAL oyunu saat 17:00-da başlayacaq. Bundan iki saat sonra – 19:00-da isə “Qəbələ” – “Simurq” qarşılaşması baş tutacaq.
Digər iki oyun – “İnter” – “Xəzər Lənkəran” və “Qarabağ” – “Bakı” oyunlarının başlama saatları hələ ki, bəlli deyil.