Rusiya yığmasının müdafiəçisi Vasili Berezutski bu gün millimizlə oynayacaqları maçt barədə ölkəsinin mətbuatına açıqlamalar verib.
O, açıqlamasında bir sıra məsələlərə toxunub:
“Azərbaycan millisi fərdi oyun baxımından qrupdakı digər rəqibimiz olan Lüksemburqdan güclüdür. Amma Lüksemburq daha təşkilatlanmış təsir bağışladı. Bizə 0:4 hesabı ilə uduzmalarına baxmayaraq, komandada pərakəndəlik yaranmadı, öz oyun sxemlərini sonadək pozmadılar.
Azərbaycan mətbuatında qələbə qazanacağı müqabilində millimizin üzvlərinə yüksək mükafat veriləcəyi haqda xəbərlərə də münasibət bildirən Berezutski deyib: “Bunun bizə aidiyyatı yoxdur. Nəyə görə bunu qabardırlar, bununla nəyə nail olmaq istəyirlər, onların öz işidir. İstənilən qədər pul vəd etmək olar. Amma əmin olun ki, pul meydandakı vəziyyəti heç vaxt dəyişmir. Əgər üçüncü liqa komandasına milyonlar versən, “Barselona”nı udacaq? Biz oyunu daha yaxşı köklənəcəyik. Bizim fikrimizdə rəqibə vəd edilən 100 min dollar yox, dünya çempionatında iştirakdır. Bu, istənilən puldan daha dəyərlidir”.
Müdafiəçi 2009-cu ildə Azərbaycan millisi ilə 1:1 hesabı ilə bərabərə qaldıqlarını da xatırladıb: “Biz budəfəki qarşılaşmada həmin oyundakı səhvləri təkrarlamamağa çalışacağıq. Uduzmaq haqda isə ümumiyyətlə, düşünmürük”.