Milli komanda

“Azərbaycana qalib gəlmək bizim üçün vacib idi”

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya dünən öz meydanında Xorvatiya ilə yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, görüş xorvatiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanla oyundan fərqli olaraq, bu oyuna Şimali İrlandiyanın baş məşqçisi Maykl O’Nil əsas heyətdə beş dəyişiklik edib.
“Bilirdik ki, ağır oyun olacaq. Yanılmadıq. Əlbəttə, xorvatlara məğlubiyyət məni məyus etdi” – deyə matçdan sonra keçirilən mətbuat konfransında Maykl O’Nil bildirib.

“Amma bu, yoxlama matçıdır. Bizə vacib olan DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qalib gəlmək idi ki, buna da bacarmışıq” – deyə baş məşqçi bildirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43