Dünyadan

“Neftçi”ylə oyuna görə Türkiyə təmsilçisinə cəza verilib

Türkiyə Futbol Federasiyası (TFF) “Alanyaspor” klubunu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsinin çıxardığı qərarda buna səbəb kimi, “Alanyaspor”un hələ 2015-ci ilin iyulun 23-də Azərbaycan təmsilçisi “Neftçi”ylə yoxlama görüşü keçirməsi göstərilib.

Bildirilib ki, 1:1 hesabı ilə yekunlaşan həmin yoxlama matçı ilə əlaqədar “Alaynspor” öncədən Türkiyə Futbol Federasiyasını məlumatlandırmayıb və icazəsiz olaraq bu görüşə çıxıb.

Federasiyanın qərarına əsasən, kluba 15 min türk lirəsi məbləğində (təqribən 4500 dollar) cərimə kəsilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43