Dünyadan

Azərbaycana qalib gəlməyən məşqçilər işdən çıxarılır

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığması yenidən baş məşqçisiz qalacaq.

İdmanxeber.com-un məlumatına görə,  Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko açıqlamasında qurumun idman direktoru, həmçinin U-21-in baş məşqçisi olan Nikolay Pisarev postundan göndəriləcəyini bildirib. Buna səbəb yığmanın növbəti seçmə tsikldə uğurla çıxış edə bilməsidir. 

Xatırladaq ki, Pisarev Azərbaycana məğlubiyyət sonrası istefaya göndərilən Dmitri Xomuxanı əvəzləmişdi. Onun məşqçiliyi altında Rusiya yığması Azərbaycanla növbəti oyunda da qələbə qazana bilməyib 2-2. Yekunda Rusiyanın Finlandiya və Azərbaycandan da geridə olması növbəti məşqçi dəyişikliyinə şərait yaradıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43