Kateqoriyasız

“Azərbaycanda “İnter”dən başqa heç bir klubda oynamaram” – Müsahibə

“Qəbələ” ilə oyunun ağır keçəcəyini bilirdik. Yeni baş məşqçi gəldiyi üçün “Qəbələ”li futbolçular özlərini göstərməli idilər. Bu səbəbdən onlar oyuna həvəsli çıxmışdılar. İlin axırıncı oyunu idi, qələbə qazanıb “Qarabağ”la xal fərqini açmaq istəmirdik. Çox təəssüf alınmadı".

Bu sözləri "Qəbələ" ilə 1:1-lik bərabərlikdən sonra idmanxeber.com-un suallarını cavablandıran "İnter"in futbolçusu Coşqun Diniyev  deyib:

Bugünkü oyunda “İnter” 2 xal itirdi, yoxsa 1 xal qazandı ?

– Fikrimcə, biz 2 xal itirdik.

Hakim qərarları ilə bağlı nə deyə bilərsən?

– Hakim də insandı, səhv edə bilər. Ona görə də qərarlarını müqayisə etmək istəmirəm. Hakimin qərarlarının oyunumuza təsir etdiyini düşünmürəm, yaxşı oynamadıq, oyunumuz alınmadı və 2 xal itirdik.

– Bir epizodda Kamran Ağayev açıq-aşkar komanda yoldaşınıza zərbə endirdi…

Yəqin, baş hakim bunu görməyib.

Qış transfer pəncərəsi yaxınlaşır. Başqa klublardan təklif gəlsə dəyərləndirərsənmi?

– Azərbaycanda “İnter”dən başqa heç bir klubda oynamaram. Gələn ilin sonuna kimi “İnter”lə müqaviləm var. Əgər xaricdən təklif gələrsə, dəyərləndirərəm.

Qış fasiləsində komandanın hansı mövqelərinə futbolçu transfer edilməsini istəyərdin?

– Mövqelərimizdə boşluq yoxdur. Əgər varsa da, baş məşqçi lazım olan transferləri edəcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43