Futzal üzrə FIFA referisi Yusif Nurullayev dünya çempionatına təyinat alıb.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı məlumata görə, o, ilkin seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda ədaləti bərpa edəcək.
Qrupda Kipr, Latviya, Ermənistan və Estoniya yığmaları mübarizə aparacaq. Oyunlar oktyabrın 22,23 və 25-də Kiprdə keçiriləcək.