Ölkə futbolu

Bakı “İnter”i məşhur klubları Azərbaycana gətirir – ÖZƏL

Azərbaycan Beynəlxalq Bankının sponsorluğu ilə hər il olduğu kimi bu il də “Şəfa” stadionunda İBA U-14 Cup turniri keçiriləcək.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun verdiyi məlumata görə, ötən il turnirdə iştirak edən Almaniyanın “Ayntraxt” (Frankfurt), Türkiyənin “Beşiktaş”, İspaniyanın “Vilyareal”, Rusiyanın “Rubin”, Serbiyanın “Partizan” kimi klublarının bu dəfə də bu turnirdə iştirak etməsi gözlənilir.

Hələ siyahı tam hazır olmadığındna konkret olaraq turnirə hansı komandaların gələcəyi məlum deyil. Ancaq hər il olduğu kimi baş tutan turnirə bu dəfə də tanınmış komandaların Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, İBA U-14 Cup turniri iyunun 15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43