İdman

Bakıda həvəskarlar arasında şkvoş yarışı keçirildi

Noyabrın 20-də Bakıdakı “Hyatt Regency” otelinde skvoş (squash) idman növü üzrə həvəskarlar arasında yarış keçirilib.

İdmanxeber.com-un məlumatına görə, turnirdə 12 nəfər mübarizə aparıb. Gərgin keçən yarışın qalibi Elmir Məhərrəmov olub.

E. Məhərrəmov bizimlə söhbətində skvoş idman növünün Avropada, xüsusən də İngiltərədə çox məşhur olduğunu söyləyib: “Əvvəllər Azərbaycanda skvoş kortlarında ancaq ingilisləri və digər ölkələrdən olan əcnəbiləri görmək mümkün idi. Lakin son 5-6 ay ərzində bizim səylərimiz nəticəsində Bakıda bu idman növünə yerli insanların da marağı həddindən artıq çoxalıb. Hazırda svkoş kortlarında xaricilərdən çox həmyerlilərimizi görmək mümkündür”.

Yarışın qalibi qeyd edib ki, onların məqsədi bu idman növünü ölkəmizdə daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq yarışlara qatılmaqdır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43