Qazaxıstan çempionatında XXII turun oyunları keçirilib.
Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” səfərdə “İrtış”a qalib gəlib – 2:0.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol” hazırda 45 xalla 12 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.