“Barselona” Antuan Qrizmann və Frenk de Yonq üçün xərclədiyi pulların bir hissəsini geri qaytarmaq üçün bir neçə futbolçusunu satışa çıxarıb.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu bunun üçün Filipp Koutinyo, Malkom, Rafinya Alkantaranı satışa çıxardığını bildirilib.
“ESPN”nin yaydığı xəbərdə bildirilir ki, “Barsa” İvan Rakitiç, Samuel Umtiti, Arturo Vidala görə təklif gələcəyi təqdirdə, onları sata bilər.