Kateqoriyasız

“Keşlə” Türkiyəyə gedir

Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan “Keşlə” Türkiyəyə gedəcək.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iyulun 27-dən avqustun 5-dək davam edəcək təlim-məşq toplanışı Bolu vilayətinin Gerede şəhərində keçiriləcək. “Keşlə”toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır. Belə ki, iyulun 31-də komanda Türkiyənin 1 liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq.

Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Rəqiblər barədə və oyunların başlanma saatları haqqında əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43