Uzun müddətdir ki, zədəli olan “Barselona”nın üzvü Ansu Fati yaşıl meydanlara qayıtmağa yaxındır.
İdmanxeber.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə qatılıb. Onun sentyabr ayında “Sevilya” ilə matçadək hazır olacağı bildirilib.
Xatırladaq ki, Fati 9 aydı zədədən əziyyət çəkirdi