04 İyun 2026
Dünya futbolu

“Barselona” portuqaliyalı yarımmüdafiəçini hədəfə aldı

“Barselona”, “Mançester Siti”nin portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silvanı heyətinə qatmaq üçün planlarını işə salıb.

İdmanxeber.az xəbər verir ki, Kataloniya klubu gələn ilin yayında Silvanı azad agent kimi transfer etməyə çalışacaq.

31 yaşlı futbolçu “Mançester Siti” ilə yeni müqavilə imzalamaq fikrində deyil. Bu mövsüm Bernardo Silva 9 oyunda meydana çıxaraq 1 qol və 2 asistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43