“Barselona” gənc müdafiəçisi Martin Montoya bir neçə klubdan təklif alsa da, Kataloniya klubunda qalmaq qərarına gəlib.
22 yaşlı futbolçunun yeni anlaşması 2014-cü ilə qədərdir. Müqaviləyə salınan bəndə görə, sağ cinah müdafiəçisi 20 milyon avroya sərbəst qala bilər.