“Barselona”nın müdafiəçisi Andreas Kristensen üçün il erkən başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun zədəsi gələn il sağalacaq. O, daban vətərindən əməliyyat olunub və 4 aydır yaşıl meydandan uzaqdır.
Danimarkalı “Barselona”ya 2022-ci ilin yayında “Çelsi”dən keçib. O, Kataloniya komandasının heyətində 75 oyunda iştirak edib, 4 qol vurub.