Dünya futbolu

“Barselona”da yeni müqavilə – 400 milyon avro…

“Barselona” Serxio Roberto ilə müqaviləni yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi ilə futbolçu arsındakı yeni sözləşmə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Müqavilədə Serxionun 400 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.

Bir müddət öncə oyunçunun maaş məsələsi səbəbindən “Barselona” ilə razılaşa bilmədiyi bildirilirdi.

Yarımmüdafiəçi bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 23 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43