Dünya futbolu

Mahir Emreli rəsmən “Konyaspor”da

“Konyaspor” Azərbaycan millisinin üzvü Mahir Emreli ilə rəsmi müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatəna görə, yarımmüdafiəçi artıq bir müddətdir Konya klubunda olsa da, rəsmi olaraq imzalar atılmamışdı.

Rəhbərlik bu gün klubun stadionda təşkil etdiyi imza mərasimində qışda heyətinə cəlb etdiyi 4 oyunçu – Metehan Mert, Mahir Emreli, Marlos Moreno və Alexandro Pazuelonu ictimaiyyətə təqdim edib.

Emreli “Konyaspor”la mövsümüm sonuna qədər sözləşmə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43