Ölkə futbolu

“Zirə” topa sahib olmağı çox sevir” – Vüqar Əsgərli

“Zirə” avrokuboklar uğrunda mübarizə aparan, çətin rəqiblərdən biridir. Onlar topa sahib olmağı çox sevir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Zirə” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Sürətli hücumları da olur. Bu haqda futbolçulara əvvəlcədən də, məlumat vermişdik. Onlar da, bizi çətin matçın gözlədiyini dərk edirdilər. İstədiklərimizi yerinə yetirdilər və nəticədə xal qazandıq. Oyunçularımı təbrik edirəm. “Zirə”yə gələcək matçlarda uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43