Ölkə futbolu

“Qapımıza çox asan penalti təyin edilir” – Rəşad Sadıqov

“Qapımıza zərbə olmadan iki qol buraxdıq. Bu, problem hələ də davam edir. Belə davam edəcəyimiz təqdirdə qələbə seriyaları yaxalamaq çətin olacaq. Oyunçular nizam-intizam qopmadılar. Buraxılan iki qol böyük psixoloji zərbədir. Yenə də hesabı bərabərləşdirdik, hətta qol imkanlarımız da oldu. Belə olan halda bir xal qızıla bərabərdir. Qapımıza vurulan iki qol olmasa, bəlkə də qələbə qazana bilərdik. Amma futbolda həmişə hər şey sən istəyən kimi getmir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Şamaxı” oyununun ardından “CBC Sport”a açıqlaması zamanı deyib. O, qapılarına təyin edilən penalti barədə də danışıb:

“Birinci qol müdafiədəki kobud səhvdən olmadı. Mənə görə mübahisəli bir penaltidən vuruldu. Bir anlıq epizoda baxdım. Bir dəfə də belə epizodlarda VAR bizim xeyrimizə çalışsın. 26 tur geridə qalıb. Bizim lehimizə olan 50-60 bu cür epizod tapıb çıxarmaq olar. Heç futbolçumuz arxadakı oyunçunu görmür. Bilmirəm, qapımıza çox asan penalti təyin olunur. Nəticə tam istədiyimiz kimi deyil”.

Sadıqov komandadan göndərilən Nemanya Andelkoviç yenidən heyətə qaytarılmasına belə münasibət bildirib:

“Həmin məqamda onunla yolları ayırmağı düşündük. Onun da, bizim üçün də karyerasının daha yaxşı olacağını zənn etdik. Sonra Andelkoviçin gələcək karyeraları ilə bağlı müəyyən sıxıntılar oldu. Hələ də klubsuz qalmışdı. Mövsümün sonuna qədər bir şans da verdik. Sonra vəziyyətə baxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43