Kateqoriyasız

“Barselona”nı sevindirən xəbər

İspaniyanın “Barselona” klubunda 2 futbolçudan sevindirici xəbər gəlib.

Müdafiəçilər Dani Alveş və Jordi Alba koronavirusdan sağalıb. Futbolçuların son testlərinin nəticəsi neqativ çıxıb. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Alveş və Alba komanda ilə birlikdə məşqlərdə iştirak edir. Onlar La Liqanın 21-ci turunun “Deportivo” ilə oyununda meydana çıxa bilərlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43