Dünya futbolu

Almaniyalı futbolçu “Barselona”ya “yox” dedi

“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix “Barselona”ya keçməkdən imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar maliyyə problemləri səbəbindən 29 yaşlı almaniyalının tələblərini qarşılaşa bilməyib. “Bavariya”da Kimmixin vergilər xaric illik 19,5 milyon avro qazandığı bildirilir.

“Barselona” isə bu məbləği ödəyə bilməyib. Bu səbəbdən də oyunçu İspaniya klubuna keçməkdən imtina edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43