İdman

Millimiz hazırlıq üçün Serbiyaya yollandı

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisi təlim-məşq toplanışına yola düşüb.

İdmanxeber.az xəbər verir ki, millimiz Seribayanın Novi Sad şəhərində hazırlaşacaq.

Heyətə Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədov cəlb edilib.

Cordan Deyvisin isə yaxın vaxtlarda düşərgəyə qoşulacağı gözlənilir.

İyunun 7-dək davam edəcək toplanışın əsas məqsədi iyunun 8-9-da Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlaşmaqdır. Qeyd edək ki, millimiz təsnifat mərhələsinin B qrupunda Kosovo, Kipr, Albaniya və Ermənistan seçmələri ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43