Dünya futbolu

“Barselona”ya qayıda bilərdim, amma bu baş vermədi” – Lionel Messi

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Barselona”ya mümkün qayıdışına münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı oyunçu Kataloniya təmsilçisinə geri dpnmək istədiyini etiraf edib:

“Barselona”ya qayıda bilərdim, amma bu baş vermədi. Həmişə ora qayıtmaq, həyatımı, karyeramı “Barsa”da bitirmək haqqında düşünürdüm. Amma bu, mümkün deyil”.

Messi 2004-2021-ci illərdə İspaniya klubunda çıxış edib. Ümumilikdə o, İspaniya klubunda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43