Dünya futbolu

Ərəblər Paulo Dibalanı istəyir

Səudiyyə Ərəbistanının bir neçə klubu “Roma”nın hücumçusu Paulo Dibala ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu qışda İtaliya klubundan ayrıla bilər. Ərəblər Dibalaya qarşılıq 35 milyon avro ödəmək niyyətindədir.

29 yaşlı argentinalı 2022-ci ilin iyulundan “Roma”da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 45 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43