Kateqoriyasız

“Kəpəz” rəhbərliyi vaxt verdi: Ya düzəlt, ya get!

Mövsümə olduqca bərbad başlayan və 11 oyuna cəmi 6 xal toplamağı bacaran “Kəpəz” baş məşqçi dəyişikliyi astanasındadı.

İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubunun rəhbərliyi Məmmədova son xəbərdarlığını edib. Mövsümün əvvəlində “Neftçi” üzərindəki qələbədən sonra 3 xala möhtac qalan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov özü də bu durumdan narahat olduğunu və getməyə hazır olduğunu bildirib.

Əgər komanda qarşıdakı oyunlarda müsbət nəticələr əldə etməsə, o zaman onunla yollar ayrılacaq.

Rəhbərlik öz qəti fikrini baş məşqçiyə çatdırıb və nəticə gözlədiklərinə ümid etdiklərini dilə gətirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43