Dünya futbolu

Salah “Liverpul”dan ayrılır? – Klopp açıqladı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu iddiaların doğru olmadığını bildirib:

“Heç vaxt yanıma gəlib ayrılmaq istədiyini söyləməyib. Təklif haqqında heç nə bilmirəm. Amma fərqi yoxdur, Salah bizimlədir”

31 yaşlı Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. O, İngiltərə klubunda ümumilikdə 319 oyun keçirib, 196 qol vurub və 83 məhsuldar ötürmə edib.

Onun müqaviləsi 2025-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43