Kateqoriyasız

“Belə gördüm, qərar verdim” – Rəşad Sadıqov (VİDEO)

Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” – “Sumqayıt” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az-ın məlumatına görəgənc mütəxəssis öncə matç barədə fikirlərini bildirdi…

– Mövsümün ortasını keçmişik. Hər bir oyun əvvəlkindən daha önəmli olur. Futbolçulara bildirmişdik ki, bizə qarşı tam fərqli “Sumqayıt” olacaq. Bunu ilk dəqiqələrdən gördük. İlk hissədə küləyə qarşı oynayırdıq. Buna görə tələsmədən, səbirli oynayırdıq. Fasilədən sonra daha böyük qüvvə ilə hücum etdik. Qol da vurduq, yenə şanslarımız oldu. Amma 2-ci qolu vura bilmədik və son dəqiqələr bizim üçün çətin oldu. Rəqibin də şansları var idi. Vacib 3 xal qazandıq, xoşbəxtik. Növbəti oyunlara hazırlaşmalıyıq.

– Son 4 oyunda 3 qol vuran Keyta ehtiyatda idi. Meydana çıxdıqdan sonra da sanki əvvəlki kimi oynaya bilmədi…
– Beynimdəki bütün planları mətbuat konfransında açıqlaya bilmirəm. Bu gün belə “11-liy”i görürdüm. Keyta tam əksinə, yaxşı oynadı. Qolda da xidməti var idi, özü də fərqlənə bilərdi. Hər şeyi danışa bilmirəm. Belə gördüm, qərar verdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43