Ölkə futbolu

“Benfika” rəsmisi: “Qalatasaray” səfəri çox ağırdır”

UEFA Avroliqasının 1/16 finalında “Qalatasaray”la qarşılaşacaq olan “Benfika” rəsmisi Luis Da Silva ölkə mətabuatına rəqibini dəyərləndirib. O, “Qalatasaray”la daha öncə də qarşılaşdıqlarını bildirib:

“Qalatasaray” səfəri çox ağırdır. Ancaq biz bunun öhdəsindən gələcək gücdəyik. Türkiyədə necə bir atmosfer olacağını bilirik. Daha öncə də “Qalatasaray”la qarşılaşmışıq. Çox çətin olacaq. Ancaq hər şeyə rəğmən turu keçən tərəfin biz olacağını düşünürük”

“Benfika” klubunun 15 il formasını geyinən “Luisao” ləqəbli Luis Da Silva 2015-cı ildə özünün də qol vurduğu və  2:1 hesabı ilə qələbə qazandıqları “Qalatasaray” matçını xatırladaraq bunu yenidən bacara biləcəklərini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43