Milli komanda

Berti Foqts: “Bu oyun Rusiya yığması üçün ciddi sınaqdır”

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu gün Moskva şəhərindəki “Ekaterinsky Hall” otelində mətbuat konfransı keçirilib.

İdmanxeber.com baş məşqçinin fikirlərini diqqətinizə çatdırır:

“Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, seçmə oyun öncəsi bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Şadıq ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidir. İki federasiya arasında belə razılıq əldə olunub.

Bu oyun Rusiya yığması üçün də ciddi sınaqdır. Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir.

Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil. Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam.

Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu, mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43