“Beşiktaş” baş məşqçisi Şenol Günəşlə müqavilənin müddətini uzadıb.
Bu barədə “NTV Spor” məlumat yayıb. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb. Yeni sözləşməyə əsasən, Günəş illik 2.5 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Şenol Günəşin rəhbərliyi altında “Beşiktaş” ardıcıl iki mövsüm Türkiyə Super Liqasının qalibi olub.