Bolqarıstan yığmasının müdafiəçisi Stanislav Manolev millimizlə qarşıdan gələn oyun haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, Moskva “Dinamo”sunun futbolçusu millimizə qarşı oyunun onlar üçün çox çətin olacağını deyib:
“Azərbaycan millisinin ev oyunlarının videoyazısına baxmışam. Bilirik ki, rəqibimizin çox həvəsli azarkeşləri var. Bunu dəyərləndirməmək olmaz. Buna görə də Bakıdakı oyun çox çətin olacaq. Bizim futbolçular xarakter göstərməlidir ki, həmin çılğın azarkeşlər önündə qələbə qazana bilək”.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı sentyabrən 9-da keçiriləcək.