Dünya futbolu

“Borussiya”nın yeni baş məşqçisi müəyyənləşdi

“Nitsa”nın baş məşqçisi Lüsyen Favr “Borussiya” ilə anlaşmağa yaxındır.

İdmanxeber.com-un məlumatına görə, bu gün Dortmund təmsilçisi Tomas Tuxellə vidalaşıb.

“Borussiya” artıq Favrla razılıq əldə edib. Hazırda “Nitsa” ilə razılaşmaq qalıb.

59 yaşlı fransız mütəxəssisin “Nitsa” ilə 2019-cu ilə qədər sözləşməsi olduğundan almanlar kompensasiya üçün 5 milyon avro ödəyəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43