“Neftçi”ylə həftəsonu “Böyük oyun”da üz-üzə gələcək “Xəzər Lənkəran” daha bir itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, “Simurq”la son turda keçirilən oyunda sarı kart alaraq cəzalı duruma düşən Rasim Ramaldanov “Neftçi”ylə prinsipial matçı buraxacaq.
Bununlada “Xəzər Lənkəran” “Neftçi”ylə matçda 4 üzvünün xidmətindən məhrum olacaq. Sakkoni, Tiaqo və Tural Cəlilov da zədə səbəbindən “Böyük oyun”da meydana çıxa bilməyəcəklər.