Karlo Ançelottinin Braziliya millisinin başına keçəcəyi iddiaları səngimir.
İdmanxeber.az “The Athletic”ə istinadən xəbər verir ki, Braziliya Futbol Federasiyası (BFF) italiyalı mütəxəssisi razı salacağına ümid edir. Bu səbəbdən də milli üçün hələlik baş məşqçi axtarışları dayandırılıb.
Ançelotti daha öncə “Real”dan ayrılmayacağını bildirsə də, mənbə BFF ilə onun arasında yeni bir görüşün olacağını iddia edib.