Dünya futbolu

Xavi “Barselona” ilə müqavilə uzadır

“Barselona”nın baş məşqçisi Xavi klubu ilə müqaviləsini uzadacaq.

İdmanxeber.az-ın məlumatına göörə, “Barsa” 43 yaşlı mütəxəssislə apardığı danışıqlarda böyük irəliləyiş əldə edib. Tərəflər bir neçə son məsələni həll etməlidirlər, yekun qərar yaxın vaxtlarda veriləcək.

Xavinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyununa qədər uzatması gözlənilir.

O, 2021-ci ildən “Barselona”ya rəhbərlik edir. 2022/23 mövsümündə onun rəhbərliyi altında kataloniyalılar vaxtından əvvəl İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43