Kateqoriyasız

Bu klub “Qarabağ”ın futbolçusuna təklif göndərdi

“Qarabağ”ın qapıçısı Emil Balayev yenidən karyerasını Qazaxıstanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı qapıçı ilə “Aktobe” klubu yaxından maraqlanır.

Klub artıq Balayevə rəsmi təklif göndərib. “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin sıradan çıxmasının Emilin “Aktobe”yə keçidinə əngəl olduğu qeyd olunub.

Emil Balayev 2019-cu ilin yanvarından 2020-ci ilin martına qədər Qazaxıstanın “Tobol” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43