21 Dekabr 2024
Kateqoriyasız

“Bu, “Qəbələ” ilə oyuna da sirayət etdi” – “Panatinaikos”un futbolçusu

“Panatinaikos”un futbolçusu Anastasios Laqos Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib:

“Belə rəqibə qarşı səfərdə qol vurmalı idik. Əgər bunu bacarsaydıq, rəqibin müdafiəsində daha çox boşluqlar yaranacaqdı ki, bu da bizim hesabı artırmağımıza kömək edəcəkdi. Ancaq təəssüf ki, qol imkanlarımız olsa da, bundan yararlana bilmədik.

Komandama güvənirəm və əminəm ki, cavab matçında gücümüzü meydanda göstərəcəyik. Ola bilər ki, komanda hazırda yaxşı vəziyyətdə deyil. Çempionlar Liqasında “Brügge”yə məğlubiyyətdən sonra psixoloji olaraq sarsıldıq. Bu, “Qəbələ” ilə oyuna da sirayət etdi. Ancaq qarşımıza hədəf qoymuşuqsa, ona çatmaq üçün sonadək mübarizə aparmalıyıq. Komandamın qrup mərhələsinə vəsiqə qazanacağına inanıram”.

Qeyd edək ki, “Qəbələ” və “Panatinaikos” arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43