Dünyadan

Buffon 600-ə çatdı

İtaliya Super Kuboku uğrunda ötən gecə keçirilən “Yuventus” – “Milan” (1:1; Penaltilər seriyası: 3:4) matçı birincilərin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qolkiper Turin təmsilçisinin heyətində 600-cü oyununa çıxıb.

38 yaşlı əlcək sahibi A seriyasında 436, B seriyasında 37, İtaliya kubokunda 12, İtaliya Super Kubokunda 7, Çempionlar Liqasında 99, Avropa Liqasında 9 matçda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43