22 Dekabr 2024
Kateqoriyasız

“Bunu komandaya hələ bildirməmişəm” – Qurban Qurbanov

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Qarabağ” – “Keşlə” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jrunalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə matç baərdə fikirlərini bildirib:

– Çox asan olmadı. Tam istədiyimiz formada deyilik. İlk oyunda istədiklərimizin az hissəsini gördük. “Keşlə” tam kubok komandasıdır. Bu turnirdə fərqli iştirak edirlər. Onlarda kuboka daha böyük inam, istək var. Matçda yaxşı imkanlarımız oldu. Hər bir halda, qələbə qazana bildik. Qarşıda bizi cavab oyunu gözləyir. Ciddi hazırlaşmalıyıq.

– Növbəti oyun “Neftçi” ilədir. Nə düşünürsüz?
– 6 gün vaxtımız olacaq. Sabahdan başlayacağıq. Son çempiona qarşı oynayacağıq. Çox ciddi hazırlaşmalıyıq.

– “Marsel”ə qarşı necə oynayacağınızı müəyyənləşdirmisiz?
– Düşüncələrim var. Lakin komandaya hələ bildirməmişəm. Çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43