Dünyadan

Burak Yılmaz Türkiyəyə qayıdır?

Çin Liqasında yeni mövsümün 2017-ci ilin martında başlamasını fürsət bilən “Beşiktaş”, Burak Yılmazı icarəyə götürmək üçün yaxın günlərdə klubu “Beijing” ilə əlaqə saxlayacaq.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”dan ayrıldıqdan sonra karyerasına Çin Super Liqası komandalarından “Beijing Quoan”da davam edən Burak Yılmazın adı, son dövrdə “Beşiktaş”la hallanırdı. “Ağ-qaralar”ın baş məşqçisi Şenol Günəş, “Trabzonspor”da da birlikdə çalışdığı Burakı istədiyini rəhbərliyə bildirib.

Günəş tez müddətdə hərəkətə keçilməsi lazım olduğunu vurğulayıb. Çin Liqasının sona çatması və yeni mövsümün martın əvvəlində start alacaq olması səbəbiylə “Beşiktaş”, “Beijing”i 6 aylıq icarə müqaviləsinə razı salmağa çalışacaq.

Çin təmsilçisindən illik 8 milyon avro qazanan Burakın, yalnız 6 aylıq maaşını yəni 4 milyon avronu verməyi planlaşdıran prezident Fikrət Orman, yüksək icarə pulu ödəməyə isə yanaşmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43