“Çelsi”nin futbolçusu Andrey Santos karyerasını Fransada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, oyunçu “Strasburq” komandasına icarəyə verilib. 20 yaşlı yarımmüdafiəçi bir mövsümü Fransa klubunda keçirəcək.
Santos 2023/2024 mövsümünün ikinci yarısında da Liqa 1 təmsilçisində çıxış edib.