Kateqoriyasız

Çempionlar Liqası: “Araz Naxçıvan”ın oyunlarının vaxtı və hakimləri

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V qrupunda yer alan “Araz-Naxçıvan”ın oyunlarının başlama saatı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, təmsilçimiz ilk 2 oyununu 19:30-da, son matçını isə 22:00-da keçirəcək. Eyni zamanda, ilk iki oyunu idarə edəcək hakimlər də müəyyənləşib.

Bu qrupun oyunları oktyabrın 26-dan 29-dək Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək. Yalnız qrup qalibi elit-raunda yüksələcək.

Araz-Naxçıvan – Orebro (İsveç)
26 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukas Peska (Slovakiya), Jan Kresta (Çexiya)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Loznika Qrad (Serbiya) – Araz-Naxçıvan
27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: Jan Kresta (Çexiya), David Abtequya Urdanoz (İspaniya), Viktor Chaix (Fransa)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Mostar (Bosniya və Herseqovina) – Araz-Naxçıvan
29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43