Dünya futbolu

Çempionlar Liqası haqqında İLGİNC FAKTLAR

Bu yazıda qitənin ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqası haqda bəzi maraqlı faktları sizə təqdim edəcəyik.

1955-ci ildən etibarən Çempion Klublar Kuboku adı altnda başlayan turnir daha sonra 1992-ci ildən etibarən Çempionlar Liqası adı altında keçirilir.

– 1992-ci ildən məşhurlaşan yarış, 1955-ci ildən başlayan “Avropa çempion klublar kuboku”nun yerini aldı və turnir qrup mərhələsi formasında keçirilməyə başladı. Bundan sonra bir ölkədən bir neçə komandanın çıxışına icazə verildi.

– 1992-ci ilə kimi yalnız ökəsinin çempion olan komandası bu turnirdə iştirak edə bilirdi.

– Çempionlar Liqasını ən az qələbə ilə qazanan komanda 5 oyunla “Mançester Yunayted” olub (1998-99).

– 1986-1991-ci illərdə UEFA stadion və azarkeşlərin xuliqanlığı səbəbindən İngiltərə klublarını turnirə buraxmadı. O zamanlarda ingilis hegemonluğunun bu yolla qarşısı alındığından 3 klub – PSV, Styaua və Srvena Zvezda çempion ola bildi.

-İngiltərənin “Nottingem Forest” klubu daxili arenada 1, Çempionlar Liqasında 2 dəfə çempion olan yeganə komandadı.

– Çempionlar Liqasını yerli oyunçularla saədəc 3 klub qazandı. Bunlar “Real” (Madrid) (1966), “Seltik”(1967) ve “Styaua” (1986).

-Çempionlar Liqasında ən erkən qolu 2007-ci ildə “Bavariya” forması ilə ROY Makay “Real”a qarşı oyunun 10,2 saniyəsində vurub.

-Turnirin ən çox izlənilən finalı “Bavariya” və “Borussiya” arasındakı matç olub. Sözügedən matç 360 milyon nəfər tərəfindən izlənilib.

-Çempionlar Liqasında ən çox forma geyinən futbolçu İker Kasilyasdı – 177 dəfə.

-Eyni şəhəri təmsil edən iki klub arasında cəmi iki dəfə final matçı baş tutub. 2014 və 2016-cı illərdəki Madrid finallarında “Real” və “Atletiko” üz-üzə gəlib.

-Klarense Seedorf 3 fərqli komandayla çempion olan yeganə futbolçudu – “Ayaks”la 1995-ci il, “Real”la 1998-ci il və “Milan”la 2003, 2007-ci illərdə.

-Çempionlar Liqasında 11 fərqli ölkədən futbolçu ilə oyuna başlayan yeganə komanda “Arsenal”dı. Belə ki, London təmsilçisi 2006-cı ildə “Hamburq”la səfər matçına 11 fərqli ölkədən futbolçu ilə başlayıb.

-İlk 3 oyununu uduzan və buna rəğmən sonradan qrupdan çıxmağı bacaran iki komanda var – 2002-03-cü ildə “Nyukasl” və 2019-20-ci ildə”Atalanta”.

-Mikayl Ballak 4 fərqli klubla ÇL-də yarımfinal oyanyan yeganə futbolçudu – “Kayserslautern”, “Bayer Leverkusen”, “Bavariya” və “Çelsi”.

-Ferenc Puskas Avropa kuboku (ÇL-in köhnə adı) finalında het-trik edən və buna rəğmən komandası məğlub olan yeganə futbolçudu.

Emil

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43