Kateqoriyasız

ÇL: “Mançester Siti” və “Real” 1/8 finalda!

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, prinsipial matç Madriddə keçirilib. Burada “Real” ilk oyunda minimal hesabla məğlub olduğu PSJ-ni qəbul.edib. Oyun madridlilərin inamlı qələbəsiylə başa çatıb.

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə Portuqaliya “Sportinq”i ilə qolsuz bərabərə qalıb.

UEFA Çempionlar Liqası
1/8 final, Cavab oyunları

9 mart

“Real” (İspaniya) – PSJ (Fransa) – 3:1
Qollar: Benzema, 61, 75, 78 – Mbappe, 39
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 0:0
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43