“Qarabağ” futbolçusu Patrik Andrade ilə yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu son ana qədər Andradeni komandada saxlamaq istəyib. Lakin 29 yaşlı futbolçu “Qarabağ”dan daha yüksək maaş tələb edib. Məhz buna görə də, onunla razılaşma mümkün olmayıb.
Kabo-verdeli yarımmüdafiəçi komandanın Avstriya toplanışında getməyib.