Kateqoriyasız

“Qarabağ” “Hapoel”in futbolçusunu transfer edir

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” heyətinə yeni futbolçu qata bilər.

İdmanxeber.az İsrail mətbuatına istnadən xəər verir ki, Ağdam təmsilçisi Təl-Əviv “Hapoel”inin yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmaqda maraqlıdı.

İddiaya görə, “atlılar” futbolçunun sərbəstqalma məbləği olan 150 min avrodan daha az ödəyərək Yankoviçi “Hapoel”dən transfer etməyə çalışır. Hazırda klublar arasında danışıqlar davam edir.

26 yaşlı oyunçu həm mərkəz yarımmüdafiəçisi, həm də sağ vinger kimi oynaya bilir. Karyerası ərzində İtaliyada SPAL, “Krotone” kimi klubların formasını geyinmiş Yankoviç bu ilin əvəlindən “Hapoel”də oynayır. O, İsrail çempionatında 11 matçda meydana çıxıb. Marko Monteneqro millisində 35 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43